Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-01-28,
Seanews
Heyder Eliyev

"ASCO istiqrazları"nı necə əldə etmək olar? - VİDEO

Xəbər verdiyimiz kimi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin nominal dəyəri 1000 dollar olan, illik 6% gəlirli,  5 il müddətli "ASCO istiqrazları" təqdim olunub.

Bəs, istiqrazları hardan və necə əldə etmək olar? Bununla bağlı video hazırlanıb. Həmin videonu təqdim edirik.

Qeyd edək ki, həm fiziki, həm də hüquqi şəxslərin əldə edə biləcəyi istiqrazlar üzrə faiz ödənişi ildə iki dəfə 6 aydan bir həyata keçiriləcək.

İstiqrazları ilkin bazarla yanaşı, təkrar bazardan da almaq mümkündür.

ASCO istiqrazlarını ilkin bazarda almaq üçün investorlar istiqrazın Anderrayteri - PAŞA Kapital İnvestisiya şirkətinə müraciət edərək abunə yazılmalıdırlar. Abunə yazılışının müddəti 60 gün təşkil edir.

Yarandığı gündən hər il fəaliyyətini mənfəətlə başa vuran ASCO-nun dövriyyəyə buraxdığı istiqrazlar sizin etibarlı alternativ investisiyanız olacaq.

Dollarda yüksək gəlirli maliyyə aləti olan və məhdud sayda tədavülə buraxılan istiqrazları əldə etməyə tələsin!

Ətraflı məlumat üçün ascoistiqraz.az saytına daxil ola və ya 1548 nömrəsinə zəng vura bilərsiniz.

ASCO istiqrazları – Uğurlu gələcəyə birgə yelkən açaq!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır