Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-07,
Seanews
Heyder Eliyev

75 illik yubileyini qeyd edən veteran dənizçi Tahir Behbudov evində ziyarət olunub - FOTO+VİDEO

Ömrünün 45 ildən çox hissəsini gəmiçilik sahəsinə həsr edən Tahir Behbudov 75 illik yubileyini qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və  Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.

Görüşdə yubilyarın dənizçilik sahəsindəki xidmətləri xatırlanıb.

Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Tahir Behbudov 8 dekabr 1947-ci ildə Ağdamda anadan olub.

Bakı Dəniz Yolları Məktəbini bitirərək matros kimi əmək fəaliyyətinə başlayan dənizçi qısa müddətdə kapitanlığa qədər yüksəlib.

İşgüzarlığı, məsuliyyəti və səmimiyyətinə görə həmkarları arasında hər zaman xüsusi hörmət və sevgiylə xatırlanan Tahir Behbudov haqqında hazırlanmış videonu təqdim edirik.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır