Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

HAQQIMIZDA

Azərbaycanımızı dənizsiz təsəvvür etmək mümkün olmadığı kimi, dənizləri də gəmilərsiz təsəvvür etmək çətindir. Harada üzməsindən asılı olmayaraq, dor ağacında müstəqil Azərbaycanın üçrəngli bayrağı dalğalanan gəmilər Vətənimizin bir parçası sayılır. Elə buna görə, çətin olduğu qədər də şərəfli dənizçi həyatına, gəmiçiliyin inkişafına maraq heç vaxt azalmayıb. Müasir dövrün tələblərinə uyğun olaraq, ölkəmizin nəqliyyat-tranzit potensialından daha səmərəli istifadənin təmini, Azərbaycanın logistik mərkəzə çevrilməsi, milli daşıyıcıların xarici bazarlara girişinin asanlaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Bu, özlüyündə yeni informasiyaların ortaya çıxmasına zəmin yaradır. Elə “Seanews.az” saytının da əsas məqsədi dəniz nəqliyyatı ilə bağlı yenilikləri operativ şəkildə çatdırmaqdır.

İlk nömrəsi 1931-ci ildə işıq üzü görən gəmiçiliyin mətbu orqanının ("Ştorm" - "Fırtına") davamçısı kimi  “Seanews.az”  daim yenilənən xəbərlər, maraqlı videomateriallar, dənizçi sülalələri, ən yaxşı kapitan və mexaniklər haqqında yazılar, taleyini dəniz nəqliyyatı ilə bağlayanlarla müsahibələr, ekspert rəyləri ilə xidmətinizdədir.

Saytda Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq dəhlizləri, Xəzərdə aparılan neft-qaz əməliyyatları barədə də mütəmadi məlumatlar yerləşdirilir.

“Seanews.az”ın köməkliyilə siz təkcə Azərbaycanda deyil, ayrı-ayrı ölkələrdə gəmiçiliklə bağlı maraqlı xəbərləri əldə edə bilərsiniz.