İlk Sovet nüvə sualtı qayığı muzeyə yerləşdiriləcək
İlk Sovet nüvə sualtı qayığı K-3 “Leninski Komsomol” Rusiyanın Kronştadt liman şəhərinə göndərilib.
"Seanews.az" bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, qayığın buradan “Fortlar adası”ndakı Hərbi Dəniz Şöhrəti Muzeyinə daşınması planlaşdırılır. Bu məqsədlə nüvə sualtı qayığının gövdəsi iki hissəyə bölünüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır