Süveyş kanalından keçiddə ilk yaşanıb - VİDEO
Süveyş kanalının rəhbərliyi “Energean” şirkətinin üzən yeni FPSO-nun kanaldan keçidinin videosunu paylaşıb. Bu, kanalın tarixində ilk belə keçiddir. İyunun 3-də əməliyyata kanalın 4 yedək gəmisi cəlb olunub.
“Seanews.az” xəbər verir ki, “Energean Power” qurğusu Sinqapurdakı “Sembcorp Marine” tərsanəsində, İsrailin dənizdə yerləşən “Kariş” qaz yatağı üçün tikilib.
FPSO-nun tikintisi üçün ilk polad kəsimi 2018-ci il noyabrın 26-da Çindəki “Cosco” tərsanəsində baş tutub. 2020-ci il aprelin 3-də gəminin gövdəsi “Cosco” tərsanəsindən Sinqapura göndərilib və aprelin 15-də çatıb.
“Energean Power”-ın qaz emalı gücü sutkada 800 milyon standart kubfut (ildə 8 milyard kubmetr), LNG saxlama qabiliyyəti isə 800 min barel (127,2 min kubmetr) təşkil edəcək.

