Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

QHT-lərə Dövlət Dəstəyi Agentliyi şəhid ailələrinin övladları üçün "Suraxanı" gəmi-muzeyinə ziyarət təşkil edib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid ailələrinin övladları üçün tədbir təşkil edib.

Tədbirdə polkovnik-leytenant Soltan Məmmədovun, polkovnik-leytenant Vidadi Xəlilovun, mayor Natiq İsmayılovun, mayor İlkin Rzayevin, mayor Surxay Noçuyevin, baş leytenant Tural Əsgərlinin, kiçik çavuş Elçin Bağırovun, kiçik çavuş Elşən Musayevin, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Müzəffər Ağaliyevin övladları iştirak ediblər.

Əvvəlcə Agentliyin icraçı direktoru Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq şəhid ailələrinin övladları ilə tanış olub, bu əlamətdar gün münasibətilə uşaqları təbrik edib, şəhidlərimizin əmanətlərinə hər zaman yanlarında olduğumuzu bildirib. A. Əliyeva deyib ki, uşaq hüquqları insan hüquqlarının ən vacib istiqamətlərindən biridir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev uşaq hüquqlarının qorunmasına böyük önəm verir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaq hüquqlarının qorunmasına hər zaman xüsusi dəstək verir.

Sonra uşaqlara hədiyyələr təqdim edilib və onların istirahətinin təşkili üçün “Suraxanı” gəmi-muzeyinə səfər təşkil olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır