



























Müstəqillik Günü münasibətilə gəmi təmirçiləri arasında futbol yarışı keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun bölmələri arasında 28 May Müstəqillik Gününə həsr olunmuş mini-futbol turniri keçirilib.
8 komandanın qatıldığı turnir gərgin mübarizə şəraitində baş tutub.
Final mərhələsində “Tərsanə” və “Gövdə-qaynaq” bölməsi üz-üzə gəlib. Tərsanə bölməsinin futbolçuları birincilik əldə edib.
Yarışın ikincisi “Gövdə-qaynaq”, üçüncüsü “Çilingər” komandası olub.
Qalib komandaya diplom və hədiyyələr verilib.
Mükafatlandırılma mərasimində çıxış edənlər idmançıları təbrik edərək bu cür yarışların mütəmadi olaraq keçiriləcəyini bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır