





Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər
Cəmşid Naxçıvanski adına Hərbi Lisey kursantları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.
Əvvəlcə muzeyin yaranma tarixi, eksponatlar, zəngin kolleksiyaları və sərgiləri barədə ziyarətçilərə ümumi məlumat verilib.
Daha sonra onlar peşəkar bələdçilərin köməkliyi ilə gəmi-muzeyin ekspozisiya zalları ilə yaxından tanış olublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır