

Cənubi Koreyada üzən hava limanı tikmək istəyirlər
Cənubi Koreyada ilk üzən hava limanı inşa ediləcək.
“Seanews.az” xəbər verir ki, layihənin dəyəri 11 milyard dollar qiymətləndirilir.
Üzən hava limanının tikintisinə 2025-ci ildə başlanacağı gözlənilir. O, Pusanın ən böyük adası olan Qadeokdo sahillərində üzən strukturda yerləşəcək.
Hava limanının istifadəyə verilməsi 2035-ci ilə planlaşdırılır.
Üzən hava limanı ildə 23,3 milyon sərnişin və 286 min ton yük daşıya bilcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır