

"Səbail" "Qəbələ" üzərində qələbə qazanıb
Premyer Liqanın XXII turunda “Səbail” “Qəbələ” komandasını qəbul edib. “ASCO Arena”da baş tutan görüş “Dənizçilər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. 27-ci dəqiqədə Adil Nağıyev, 67-ci dəqiqədə Nikolas Raysel və 73-cü dəqiqədə uzaqdan möhtəşəm zərbəsi ilə İbrahim Aslanlı hesabı 3-ə çatdırıb.
“Səbail”: 1. Rəşad Əzizli, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov (k), 6. Cabir Əmirli, 39. Tural Bayramlı, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı
Ehtiyat oyunçular:12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov, 27. Rasim Hasanov, 15. Ayxan Bədizadə