Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

“Stena RoRo” dünyanın ən böyük üzən xəstəxanasını inşa edib

“Stena RoRo” 2013-cü ildə başlayan böyük gəmiqayırma layihəsini tamamlayıb. “Mercy Ships” xeyriyyə təşkilatı ilə bağlanan müqaviləyə əsasən, “Stena RoRo” dünyanın ən böyük gəmi xəstəxanasının layihələndirilməsi, müqaviləsi və tikintisinə nəzarət etmək üçün məsuliyyət daşıyırdı.

“Seanews.az” xəbər verir ki, “Qlobal Mercy” adlı yeni üzən xəstəxana Rotterdam limanına gedəcək və martın 14-dək burada dayanacaq. Dakara (Seneqal) humanitar missiya ilə yola düşməzdən əvvəl gəmi xəstəxana bütün zəruri avadanlıqlarla təzhiz ediləcək. Gəminin göyərtəsində əməliyyat otaqları və xəstələr üçün otaqlar, laboratoriya, göz və stomatoloji klinika, tədris müəssisələri və yoxsul ölkələrdə ehtiyacı olanların stasionar müalicəsi üçün lazım olan hər şey var. Gəminin 641 nəfərlik heyət və xidmət işçilərinə də tibbi yardım göstəriləcək. “Qlobal Mercy”  gəmisinin sərnişin tutumu 950 nəfərdir.

“Stena RoRo” bu layihə üçün beynəlxalq subpodratçıları cəlb etmişdir. Finlandiyanın “Deltamarin” şirkəti işçi layihə sənədlərinin hazırlanmasında, Çinin “Tianjin Xingang” gəmiqayırma zavodu isə gəminin tikintisi ilə məşğul olub. Gəmi Britaniya bayrağı altında qeydiyyatdan keçib.

Uzunluğu  174 metr, eni  28,6 metr, suya oturumu 6,15 metr, ümumi tutumu  37 min ton, dedveyti 5,4 min ton olan bu gəmi bütün dünyada imkansızlara pulsuz tibbi xidmət göstərmək üçün üzən xəstəxanalardan istifadə edən “Mercy Ships” təşkilatı  tərəfindən sifariş edilib. “Mercy Ships”-in donanmasında 60-dan çox ölkədən olan könüllülər işləyir. “Qlobal Mercy”  ixtisaslaşdırılmış xəstəxana kimi inşa edilən ilk gəmidir.

Daxili otaqların ümumi sahəsi 30 min kvadratmetr olan üzən xəstəxana Afrikada ambulator və stasionar müalicəni həyata keçirəcək.“Mercy Ships” ildə 5 000-dən çox əməliyyat keçirməyi və 28 000-dən çox xəstəyə stomatoloji yardım göstərməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır