

Superyaxtaların qiyməti də artıb, satışı da
2021-ci ildə superyaxta satışı rekord səviyyə qeydə alındı, dünya üzrə ümumilikdə 887 super yaxta satıldı. Bu, 2020-ci illə müqayisədə 77%, pandemiyadan əvvəlki 2019-cu ildəkindən isə iki dəfə çoxdur.
“Seanews.az” xəbər verir ki, Yaxın gələcəkdə superyaxtaların qiymətlərinin düşəcəyini gözləməyə dəyməz, çünki ehtiyat və müvafiq olaraq tədarük çatışmazlığı var.
Yüksək amortizasiya, böyük illik istismar xərclərinə görə, (gəminin dəyərinin təxminən 10%-i) adətən superyaxtalar investisiya hesab edilmir.
Lakin bazarda məhdud təklif ona gətirib çıxardı ki, təkcə 2021-ci ildə superyaxtaların qiyməti 8% artdı. “VesselsValue” ekspertlərinin fikrincə, “indi yaxta sahibləri üçün əla vaxtdır: bir il əvvəl qayıq alanlar indi onu mənfəət üçün sata bilərlər”.