Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Tərk edilmiş gəmi ətraf mühitə zərər vura bilər

Heyətin Oxot dənizində buraxdığı "Qriqori Lovtsov" yük gəmisi yaxınlıqdakı “Şantar adaları” Milli Parkının dəniz mühitinə zərər vura bilər.

“Seanews.az” xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) fövqəladə vəziyyəti araşdırmaq xahişi ilə Rusiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinə müraciət edib.

Fond eyni zamanda, gəmidəki yüklərin və qalıq yanacağın növü, xarakteri və həcmi, müvafiq olaraq, milli parkın hüdudlarında dəniz mühitinə zərərlə bağlı mümkün təhlükə barədə məlumatların yoxluğuna diqqəti cəlb edir.

Qeyd edək ki, yanvarın 4-də Korsakov limanında  qeydiyyatda olan "Qriqori Lovtsov" yük gəmisini Oxot dənizində, Şantar adalarından 20 km aralıda buz bağlayıb. Gəmidən qəza siqnalı veriləndən sonra səkkiz nəfərdən ibarət heyət xilasedici helikopterlə təxliyə edilib.  Və o vaxtdan gəmi heyətsiz “üzür”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır