Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

DNİHİRK “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşını təltif edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun İstehsalat-dispetçer şöbəsinin mütəxəssisi Ramazan İslamov Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təltif edilib.

O, əmək, təhsil və ictimai fəaliyyətində əldə etdiyi xüsusi nailiyyətlərə görə 2020-ci ilin Peşəkar Gənci adına layiq görülüb.

Ramazan İslamov  Azərbaycan Dövlət Dəniz Akademiyasında “Prosseslərin avtomatlaşdırılması” ixtisası üzrə bakalavr təhsili alıb. O, 2017-ci ildən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda işləyir.

Gənc həmkarımız 2016-cı ildə Aprel döyüşlərində,  2020-ci ildə Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır