Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Ceff Bezos dünyanın ən böyük yelkənli gəmisini inşa etdirir

Dünyanın ən böyük onlayn-riteylərindən biri olan “Amazon” kompaniyasının qurucusu Ceff Bezosun tikilməkdə olan yeni super yaxtasının görüntüləri yayılıb.

“Seanews.az” xəbər verir ki, “Y721” adlanan 127 metr uzunluğundakı yaxta Niderlandın qərbindəki  “Zwijndrecht” tərsanəsində suya endirilib.

Yaxtanın tikintisi gələn il başa çatacaq. İstismara verildikdən sonra isə dünyanın ən böyük yelkənli gəmisi olacaq.

“Oceanco” şirkəti tərəfindən inşa olunan yaxtanın ümumilikdə 500 milyon dollara başa gələcəyi bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır