Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Atom sualtı gəmisini muzey kimi ziyarət edəcəklər

Muzeyə çevriləcək "Lenin komsomolu" (“K-3”) atom sualtı gəmisi hazırda üç yedək və iki qayığın köməyi ilə Sankt-Peterburqdan Kronştata aparılır.

“Seanews.az”-ın məlumatına görə, dünyada ilk sovet və üçüncü nüvə sualtı gəmisi olan "Lenin komsomolu"nun əsası  1955-ci il sentyabrın 24-də Severodvinskdə qoyulub və 1957-ci il avqustun 9-da suya salınıb.

1961-ci ildə Atlantikada xidmətə başlayıb. Bir il sonra Şimal Buzlu okeanın buzlarının altından ilk keçid edib.

“K-3” 1991-ci ildə Şimal Donanmasının tərkibindən çıxarılıb. 2005-ci ildən “Nerpa” gəmiqayırma zavodunun akvatoriyasında dayanırdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır