Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Barens dənizində 1941-ci ildə batırılmış Sovet keşikçi gəmisi tapılıb

Rusiyanın Şimal Donanmasının hidroqrafları Barens dənizinin dibində 1941-ci ilin avqust ayında alman həmlə gəmiləri tərəfindən batırılmış "Duman" Sovet keşikçi gəmisini aşkar ediblər. Bu barədə RİA Novosti Şimal Donanmasının mətbuat xidmətinə istinadən xəbər verir.

"Şimal Donanmasının "Romuald Mukleviç" hidroqrafiya gəmisinin ekipajı Barens dənizinin dibində 80 il əvvəl hitlerçi həmlə gəmiləri ilə qeyri-bərabər döyüşdə batırılmış "Duman" keşikçi gəmisinin koordinatlarını təsdiq edib", - deyə məlumatda bildirilir.

Bundan əlavə, hidroqrafların Böyük Britaniyanın "Blübell" və "Matabele" hərbi gəmilərinin, habelə Sovet İttifaqına məxsus olmuş "Passat" keşikçi gəmisinin və balıqçı gəmisi olduğu güman edilən naməlum qayığın da koordinatlarını aşkar etdikləri bildirilir.

Qeyd olunur ki, aparılan hidroqrafik tədqiqatlar Şimal Donanması və Rusiya Coğrafiya Cəmiyyətinin müharibə dövründə Sovet ərazilərini qoruyaraq həlak olmuş şəxslərin axtarışı və xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş "Müharibəni unutma" birgə aksiyasının son mərhələsi olub.

Sputnik.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır