

Fasadları su səthindəki kiçik dalğaları xatırladan göydələn
Uzaqdan baxanda Çikaqodakı 87 mərtəbəli “Aqua Tower” göydələnin fasadları su səthindəki kiçik dalğaları xatırladır. Əyri ağ beton eyvanlar və rəngli şüşələr binanın divarlarından aşağı düşən su təəssüratı yaradır. Hər eyvan mənzilə kölgə salır və birbaşa mənzili günəş işığından qoruyur.
Memarların fikrincə, eyvanların müxtəlif səviyyələrdə olması binaya düşən külək yükünü də azaldır.
“Gang Architects” memarlıq studiyasının layihəsi ilə inşa edilən və hündürlüyü 262 metr olan göydələnin 1-18-ci mərtəbəsində otellər yerləşir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır