Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Hərbi-Dəniz Akademiyasının ilk qadın məzunu təyyarədaşıyan gəminin də ilk qadın komandiridir

ABŞ Hərbi Dəniz Qüvvələri tarixində ilk dəfə zərif cinsin nümayəndəsi Amerikanın nüvə təyyarədaşıyan gəmisinin komandiri təyin olunub.

Kapitan Emi Bauernşmidt 2020-ci ilin dekabrında “Abraam Linkoln” təyyarədaşıyan gəmisinin komandiri vəzifəsinə təyin edilib və bu münasibətlə 2021-ci il avqustun 19-da San-Dieqoda təntənəli mərasim keçirilib.

49 yaşlı Bauernşmidt Milyoki (Viskonsin) şəhərində doğulub və zərif cinsin nümayəndələrinin ABŞ Hərbi-Dəniz Qüvvələrində xidmət etməsinə icazə verildikdən sonra 1994-cü ildə bitirdiyi Hərbi-Dəniz Akademiyasının ilk qadın məzunlarından biri olub.

2016-cı ildən isə “Abraam Linkoln” təyyarədaşıyan gəmisi komandirinin böyük köməkçisi işləyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır