Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Dənizçilər arasında keçirilən stolüstü tennis yarışının qalibləri məlum olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında stolüstü tennis turniri keçirilib. Yarışda bütün strukturlardan olan stolüstü tennis həvəskarları qüvvələrini sınayıblar.

 Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin idman zalında baş tutan mübarizədə I yeri Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Elman Qafarov tutub. II və III yerə isə “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşı Müzəffər Qurbanov və Azərbaycan Dənizçilik Kollecinin direktoru Namiq Ağamalıyev çıxıb.

Qaliblərə diplom və hədiyyələr verilib.

ASCO-da idmanın digər növləri kimi, stolüstü tennisə də maraq böyükdür. Yarışın keçirilməsində məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır