

Dənizçilər arasında stolüstü tennis turniri keçiriləcək
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında stolüstü tennis turniri keçiriləcək.
13 avqust tarixində Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində baş tutacaq yarışda ASCO-ya daxil olan bütün strukturlardan iştirakçılar qatılacaq.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə mütəmadi keçirilən bu cür idman tədbirlərinin əsas məqsədi sağlam həyat tərzini təbliğ etmək, əməkdaşlar arasında əlaqələri gücləndirməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır