Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Mardi Gras” laynerinin Karib dənizindəki səfəri yeddi gün davam edəcək

“Carnival Cruise Line” şirkəti cari il iyulun 31-də “Mardi Gras” kruiz gəmisini Kanaveral limanından ilk səfərinə yola salıb. “Mardi Gras” laynerinin Karib dənizindəki səfəri 7 gün çəkəcək.

"Seanews.az" xəbər verir ki, 5282 nəfər üçün nəzərdə tutulan kruiz gəmisinin 2020-ci ilin mart ayından sonra baş tutan ilk  səfərində sərnişinlərin sayı ümumi tutumun təxminən 70% -ini təşkil edib. Eyni zamanda, “Carnival Cruise Line” şirkəti heyətin və sərnişinlərin 95%-nin peyvənd edilməsinə dair tələb irəli sürmüşdü.

Amerikada təbii maye qazla işləyən ilk layner hesab edilən “Mardi Gras”, pandemiyanın yayılmasından sonra “Carnival Cruise Line” şirkətinin ABŞ-da  səfərlərini bərpa edən sayca beşinci  gəmisidir. Şirkət oktyabr ayınadək dənizə çıxan gəmilərinin sayını 15-ə çatdırmağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır