







ASCO əməkdaşları arasında üzgüçülük yarışı keçirilib
ASCO və struktur idarələrin əməkdaşlarının iştirakı ilə üzgüçülük yarışı keçirilib.
Turnir Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə məxsus üzgüçülük hovuzunda baş tutub.
Üzgüçülük yarışında birinciliyi Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Ədil Abdullayev tutub. İkinci və üçüncü yerdə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşları Yusif Spasyuk və Rəsul Aslanlı qərarlaşıb.
Qaliblərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə baş tutan bu cür idman tədbirlərinin keçirilməsində məqsəd dənizçilərin sağlamlığının möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarətdir.