• Bakı, 2021-07-24,
Seanews
Heyder Eliyev

Dənizkənarı Bulvarda ASCO-nun da tərəfdaş olduğu “NARGIS” komandasının növbəti sərgisi təşkil olunub

Bakı Dənizkənarı Bulvarında NARGIS nəşriyyat evinin ekologiya və ətraf mühitin qorunması problemlərinə həsr olunmuş "Reduce, Reuse, Recycle, Respect” adlı sərgisi vətəndaşlar üçün açıq elan olunub. Sərgidə Azərbaycan heykəltəraşları tərəfindən təkrar emal edilə bilən materiallardan və sənaye tullantılarından hazırlanmış 15 ekspozisiya yer alıb. 

ASCO-nun da tərəfdaş olduğu sərgidə Asif Teymurxanovun müəllifi olduğu "Dənizin səsi" əsəri də təqdim olunur.

Asif Teymurxanovun fikrincə, dənizin səsi həmişə insanı sakitləşdirir və həmçinin özündə motivasiya elementi daşıyır. Bunu nəzərə alaraq, müəllif instalyasiyada səsin fiziki formasını yaratmağa cəhd edib. Dalğa formasında bükülən metal parçasının üstündə yerləşdirilmiş dalğalı not sətirlərindən, skripka açarın əvəzinə olan lövbər və gəmi formasında olan notlardan istifadə edir. Notların düzülüşü isə Azərbaycan Himninin birinci sətirlərini (Azərbaycan, Azərbaycan) səsləndirir.

Sərgi 1 avqust tarixinədək davam edəcək. Giriş sərbəstdir.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 160 ildən çox tarixə malik şirkət olaraq ictimai cavabdehliyi vacib sayır, Azərbaycanın təbiətinin gələcək nəsillər üçün qorunub saxlanılmasına yönəlik layihələrə qoşulur, bu işdə səylərini əsirgəmir.

 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır