Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Şəhid övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 1 iyun  Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edib.

Uşaqlar bələdçilərin müşaiyəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar həmçinin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.  

Ziyarətçilər  muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivi isə böyük qürurla izləyiblər. 

Ekskursiya şəhid övladları və onları müşaiyət edən valideynləri tərəfindən müsbət qiymətləndirilib.

Ziyarətin sonunda uşaqlara “Suraxanı” gəmi-muzeyinin xüsusi hədiyyələri təqdim olunub.

Qeyd edək ki, ASCO Korporativ Sosial Məsuliyyəti çərçivəsində bu cür layihə və tədbirləri bundan sonra da davam etdirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır