• Bakı, 2021-05-17,
Seanews
Heyder Eliyev

Ağ dənizin buzlu suları altında FOTOSƏRGİ

Rusiyada iki fotoqraf qlobal istiləşməyə diqqət çəkmək məqsədilə Ağ dənizin buz tutan suları altında fotosərgi keçirib.

“Photar”ın məlumatına görə, maraqlı aksiyanın müəllifləri Viktor Lyaquşkin və Dmitri Belenkindir.

Dənizin içində ümumilikdə 18 foto nümayiş olunub.

Sərgini gəzmək istəyənlər dalğıc geyimləri və oksigen balonları ilə su altında uzun müddət qalmalıdırlar.

Viktor Lyaquşkin bildirib ki, yaxın zamanlarda gözlənildiyi kimi, buzlar tamamən əridiyində, şəklini çəkdiyi bu heyvanlar yoxa çıxıcaq, yerinə isə çəkilən fotolar qalacaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır