Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Misirin ilk qadın gəmi kapitanı Süveyş kanalındakı hadisədə günahkar bilinir - İDDİA

Misirin ilk qadın gəmi kapitanı Marva Elselehdar Süveyş kanalında “The Ever Given” adı yük gəmisinin saya oturmasında və dəniz nəqliyyatının hərəkətinin dayanmasında ittiham olunur.

“Seanews.az” xəbər verir ki, Marva Elselehdar belə bir iddialarla üz-üz qalmasına etiraz edib. İngiltərə mediasına açıqlamasında o, yük gəmisinin saya oturduğu gündə İsgəndəriyyədə “Aida IV” adlı gəmidə ikinci kapitan kimi işlədiyini deyib:  “İnternetdə yalan və iftiralar yazırlar, hadisədə məni hədəf kimi göstərirlər. Bu, böyük yalandır”.

29 yaşlı Marva Elselehdar adının günahkar kimi hallandırılmasını qadın olması ilə əlaqələndirir: “İddialar məni çox təəccübləndirdi, şok oldum. Bəlkə, bu sahədə uğurlu bir qadın, ya da misirli olduğuma görə məni hədəf göstərirlər. Amma əmin deyiləm”.

Qeyd edək ki, martın 23-də səhər saatlarında Çindən Rotterdama üzən və uzunluğu 400 metr, yükdaşıma qabiliyyəti 224 min ton olan “Ever Given” konteyner gəmisi Süveyş kanalının 151-ci kilometrində saya oturmuş və kanalın yolunu bağlamışdı. Nəticədə baş verən nəqliyyat böhranı yük gəmilərinin altı gün növbədə dayanmasına səbəb olub. Gəmi martın 29-da axşam saatlarında saydan çıxarılıb və kanalda naviqasiya bərpa edilib.

Misir “Ever Given” yük gəmisinin saya oturması və Süveyş kanalının yolunun bir həftə bağlı qalması səbəbindən 1 milyard dollar həcmində təzminat tələb edəcəyini açıqlamışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır