Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Fumiqasiya – dənizçilərin bilməli olduğu vacib məqam

Dünya yükdaşıma statistikasına nəzər yetirsək, zərərvericilərin qida məhsullarına ziyanları barədə kifayət qədər faktlara rast gələ bilərik. Bu baxımdan, risklərin azaldılması üçün yüklərin fumiqasiyası vacib məqamdır. 

Gəmi trümlərində baş verən partlayışlar və heyət üzvlərinin xəsarət alması kifayət qədər tez-tez baş verən hadisələrə çevrilib.

Bu cür risklərin qarşısının alınması üçün müəyyən tədbirlər həyata keçirilir və yüklərin fumiqasiyası ixtisaslaşmış mütəxəssislər tərəfindən icra edilir.

Buna baxmayaraq, eyni zamanda hava şəraitini, yükün vəziyyətini, rütubət səviyyəsini düzgün nəzərə almaq və proseduru mövcud qaydalara uyğun olaraq aparmaq lazımdır.

Dənizçilər bu prosedurda iştirak etməsələr də, onlar bu prosedur barədə müəyyən təsəvvürə malik olmalıdırlar.

Fumiqasiya sanitar-epidemioloji xidmətdir. Bu, yük konteynerlərinin daşınması zamanı onların təhlükəsizliyini təmin edir. 

Təcrübəli ekspeditorlar müasir yükdaşıma nəqliyyatında yüklərin parazitlərin hücumuna məruz qalması barədə kifayət qədər məlumatlıdırlar.  

Ekspertlərin fikrincə, fumiqasiya proseduru gəmi heyəti tərəfindən yox, məhz bu sahədə ixtisaslaşmış müxtəxəssislər tərəfindən icra edilməlidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır