Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Antarktidada kəşf olunan həyat 

Alimlər Antarktidada buz təbəqəsinin 900 metr altında dəniz həyatı aşkar ediblər. İngilis Antarktika Tədqiqat Qrupunun (BAS) tədqiqatçıları dəniz süngərləri və hələ kəşf olunmamış növlər daxil olmaqla -2,2 ° C temperaturda tam qaranlıqda yaşayan canlıları tapıblar. Belə sərt şəraitdə yaşayan az sayda canlıya rast gəlinir və bu kəşf orada hansı şəraitdə həyatda qala biləcəyi ilə bağlı əvvəlki nəzəriyyələrə ziddir.

Kəşf necə oldu?

Geoloqlar çöküntü nümunələri toplamaq üçün buzu deşərkən qaya çırpılıb. Bu qayanı araşdırmaq üçün kameralardan istifadə ediblər və nəticədə qayaya yapışan orqanizmləri görüblər. Tədqiqatın nəticələri "Marine Science" adlı elmi jurnalda dərc edilib. BAS-dan bir geoloq Dr.James Smith bildirib ki, "Buz örtüyünün altından bir çöküntü nümunəsi çıxaracağını gözləyirdik, ancaq videokadrlarda qayada yaşayan canlıların olduğunu görəndə çox təəccübləndik"

Qazma işlərinin həyata keçirildiyi yer dənizdən 260 km daxili bir bölgədə olduğu üçün tədqiqatçılar hələ heç bir canlının belə bir mühitdə necə yaşaya biləcəyini və günəş işığı olmadan qidalana biləcəyini bilmirlər. Həyat bu qədər az qida və enerji mənbəyi ilə belə aşağı temperaturda sağ qalarsa, bu, kainatda, xüsusən günəş sistemimizdəki planetlərdə gözləniləndən daha çox həyat ola biləcəyi deməkdir.

Antarktida hələ də kəşf olunmasını gözləyir

BAS Antarktidada 1,5 milyon kvadrat kilometrlik bir ərazini araşdırmaq üçün qurulub, lakin bu günə qədər tədqiq edilmiş ərazi yalnız bir tennis kortunun böyüklüyündədir və artıq əhəmiyyətli bir kəşf edib. Digər tərəfdən, qlobal istiləşmə bu cür tədqiqat üçün lazım olan vaxtın azalmasına səbəb olur, çünki buzlaqların hər il dəyişməsi min illərlə toxunulmamış ekosistemləri təhdid edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır