Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Azor adaları iqlim dəyişikliyinə qarşı mübarizə üçün Aİ-dən 12 milyon avro alacaq

İqlim dəyişikliyinə qarşı mübarizədə Portuqaliyanın Azor adalarına kömək layihəsi (LIFE IP CLIMAZ) Avropa Komissiyası tərəfindən seçilmiş on iki layihədən biridir.

AZƏRTAC xəbər verir ki, Ətraf Mühit və İqlim üzrə Avropa Fəaliyyət Proqramı (LIFE) çərçivəsində investisiyaların ümumi həcmi 121 milyon avro təşkil edəcək. Avropa Komissiyası tərəfindən maliyyələşdirmə ətraf mühitin bərpasına kömək edəcək və on bir ölkəyə - Belçika, Almaniya, İrlandiya, Fransa, İtaliya, Latviya, Macarıstan, Hollandiya, Polşa, Portuqaliya və Slovakiyaya ətraf mühitin qorunması ilə bağlı qarşılarına qoyduqları məqsədlərə çatmaqda kömək edəcək.

Sıfır emissiyaya malik sabit fəaliyyət - ən əsas məqsədlərdən biridir.

Avropanın bu maliyyə proqramı ekstremal iqlim hadisələri qarşısında Azor arxipelaqına daha dayanıqlı olmağa, həmçinin enerji, meşə təsərrüfatı və turizm kimi digər sahələrlə də tədbirlərin görülməsinə kömək edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır