Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-13,
Seanews
Heyder Eliyev

2020-ci ildə dünya üzrə internetdə ən çox axtarılan gəmilərin adları açıqlanıb

 “Marine Traffic” (www.marinetraffic.com) internet saytı 2020-ci ildə dünya üzrə internetdə ən çox axtarılan gəmilərin adlarını açıqlayıb.

“Seanews.az” xəbər verir ki,  Türkiyəyə məxsus “Oruç Reis” gəmisi keçən il dünyada internet üzərindən ən çox axtarılan gəmi olub.

Çinin aviadaşıyıcı gəmisi “Liaoninghao” isə martda Tayvan boğazını keçərkən məşhurluq qazanıb.

“Şimal Axını-2” layihəsinin yenidən başlanmasıyla  isə diqqətlər Rusiyanın borudüzən “Akademik Chersky” gəmisinə yönəlib.

Koronavirus səbəbindən karantinə alınan Yunanıstana aid 130 metrlik nəhəng “Blue Star” da ilin ən çox axtarılan gəmiləri sırasında yer alanlardan olub.

Siyahının növbəti pilləsində isə 10 noyabrda Kerpe adası yaxınlığında 109 sərnişinlə birgə saya oturan “Prevelis” adlı gəmi-bərə olub. Gəmi-bərənin iki saat sonra öz imkanlarıyla üzməyə başlaması onun dünyada məşhurluğuna yol açıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır