Çində şəhər meydanında qardan gəmi hazırlandı
Çinin şimal-şərqindəki Heilongjiang əyalətinin paytaxtı Harbin şəhərində qardan aviadaşıyıcı gəmi hazırlanıb.
“Seanews.az” xəbər verir ki, gəmi Çinin ilk aviadaşıyıcı gəmisi “Liaoning”in dizaynı əsasında inşa olunub. Buz gəmisinin uzunluğu 50, eni 10, hündürlüyü isə 10 metrdir.
Gəmi 3 həftə ərzində 19 nəfərlik bir qrup tərəfindən inşa edilib.
Şəhər meydanında hazırlanmış buz gəmisi böyük marağa səbəb olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır