Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

 “Titanik”in taleyini yaşayan Danimarkaya məxsus gəmi - FOTO

Danimarkanın baş nazirinin şərəfinə “Hans Hettoft” adlandırılmış gəmi “Burmeyster və Vayn” gəmiqayırma zavodunda inşa edilmişdi.

"Seanews.az" xəbər verir ki, gəminin ikiqat dibi və möhkəm poladdan hazırlanmış gövdəsi onun çətin sularda üzməyinə tam əminlik verirdi. Lakin hər şey gözlənildiyi kimi olmur.

1958-ci il dekabrın 17-də sifarişçiyə təhvil verilən gəmi 1959-cu il yanvarın 8-də ilk və sonuncu səyahətinə çıxır. Kopenhagen limanından yola çıxan zaman gəmidə 19-u qadın, 6-sı uşaq olmaqla ümumilikdə 95 nəfər insan var idi. Səyahət zamanı hava şəraitin kəskin pisləşdiyinə baxmayaraq kapitan sürətin endirilməsinə icazə vermir.

Yanvarın 30-da ilk həyəcan siqnalını verən gəmi Qrenlandiyadan 56 kilometr aralıda, Farvel yüksəkliyi tərəfdə aysberqlə toqquşur. Hadisə yerinə kömək üçün gələn gəmilər fırtına səbəbindən ona yaxınlaşa bilmirlər. Qaranlıq sulara qərq olan gəminin axtarışı bir həftə davam edir. Nəticə əldə edilmədiyindən axtarışlara fevralın 7-də son qoyulur.

Hadisədən 9 ay sonra yaxınlıqdakı adaların birinin sahilində “Hans Hettoft” gəmisinə məxsus xilasedici dairə aşkar edilir. Bu batmış gəmidən xilas olmuş yeganə əşya idi.

“Titanik” gəmisindən 47 il sonra batmış “Hans Hettoft” gəmisinin adı aysberqlə toqquşma nəticəsində batmış son gəmi kimi tarixə yazılıb.

Danimarka şahzadəsi Marqarete 2005-ci il yanvarın 30-da “Hans Hettoft” gəmisində həlak olanların xatirəsini əbədiləşdirmək üçün Kopenhagendə abidənin açılışını edir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır