• Bakı, 2021-01-25,
Seanews
Heyder Eliyev

Nyu-Cersidə 15 tonluq ölü balina cəsədi sahilə çıxıb

Nyu-Cersidə 15 tonluq ölü balina cəsədi sahilə çıxıb.

525.az xəbər verir ki, çimərlik səlahiyyətliləri və dəniz məməlilərinin xilasediciləri balinanın cəsədini sahildən götürməyin yollarını axtarırlar.

Qeyd edək ki, 31 yaşlı donqar erkək balina cəsədi milad günü Barneqat Layt buxtası yaxınlığında sahilə çıxıb.

Dəniz məməliləri sahil mərkəzinin direktoru Bon Şolkopf balinanın ölüm səbəbinin bilinmədiyini, ancaq bədənin görünən hissələrində açıq bir fiziki zədə əlamətinin olmadığını söyləyib:

“Balina tamamilə donub. Cəsədi sahildən götürmək üçün donmuş balinanı kəsib parçalamaq asan iş deyil. Onu bütov halda götürməliyik”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır