Ən qısa coğrafi adlar
Dünyada adı yalnız bir hərfdən ibarət coğrafi yerlər az deyil. Bu adların hər birinin yerli dillərdə xüsusi mənası var.
«Å» kəndi
“A” ("Ay" kimi tələffüz olunur) İsveçin Estergetland əyalətinin Norçepinq bələdiyyəsinə tabe kiçik bir kənddir. Kənddə təxminən 200 nəfər yaşayır. “Å” axın və ya çay deməkdir. Hər il çox sayda turist kəndin adı yazılan lövhənin yanında şəkil çəkdirmək məqsədi ilə bura gəlir.
Norveçdə də “A” adlı kənd var. Skandinaviya dilində «Å» çay deməkdir. Bu kəndin sakinləri balıq ovu ilə məşğuldur. “A” kəndi həm də bir turizm məkanıdır.
"Y" kəndi
“Y” ("i" kimi tələffüz olunur). Fransanın şimalında bir kənddir. Bu kənd bütün Fransada ən qısa ada sahibdir.
"D" çayı
ABŞ-ın Oreqon ştatının Linkoln bölgəsində “D” adlı çay axır. Bir zamanlar adsız olan çay Ginnesin “Rekordlar kitabı”na 440 fut (130 metr) uzunluğu ilə “dünyanın ən qısa çayı” kimi daxil edilib. Lakin bu titul 1989-cu ildə Montanadakı Rou çayının “dünyanın ən qısa çayı” kimi kitaba daxil edilməsi ilə itirilib.
“E” çayı
Şotlandiyanın dağlıq ərazisində çaydır. Bu çay şimal-qərbdən təxminən 10 km (6 mil) ərazidə axır və sonra Mhòr gölünə tökülür.
" Ø " təpələri
Danimarkanın Yutlandiya bölgəsinin şərqində Norreya vadisindəki bir torpaq sahəsidir. Dan dilində “ada” kimi tərcümə olunsa da, adaya xas olan xüsusiyyətləri yoxdur (dəniz ilə əhatə olunmayıb).