Dünyanın ən “xırda” gəmisi
Hollandiyanın Leyden universitetinin alimləri 3D printer vasitəsilə 0.03 millimetr uzunluğunda gəmi çap ediblər. Bu ölçü insan saçının qalınlığından 2-3 dəfə kiçikdir.
"Seanews.az" xəbər verir ki, "3DBenchy" adlı bu miniatür gəmi kiçik ölçülərinə baxmayaraq suda üzə bilir. Bu eksperiment alimlərə suda üzən mikroorqanizmləri və bakteriyaları öyrənməyə kömək edəcək.
Digər cisimlərə nisbətən mikroorqanizmlər suda fərqli və daha fəal hərəkət edirlər. Bu səbəbdən onların xüsusiyyətlərini və davranışlarını tədqiq etmək üçün 3D printerdə xüsusi cisimlər hazırlanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır