Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Antarktidada ağcaqanadlar peyda olub

Antarktidanın populyar turizm ərazisi olan Kinq-Corc adasında ağcaqanadlar peyda olub.

AZƏRTAC “nat-geo.ru” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Antarktida Ekspedisiyasının rəhbəri Aleksandr Klepikov bildirib.

“Müxtəlif dövlətlərin, o cümlədən Rusiyanın Bellinsqauzen stansiyasının yerləşdiyi Kinq-Corcdakı yeddi stansiyanın ərazisində bir qədər əvvəl ağcaqanadlar peyda olub. Bu, insan faktoru, çoxsaylı turistlərin olması, həmçinin yumşaq iqlimin, yay aylarında temperaturun +3 °C, qış aylarında isə temperaturun -5 °C səviyyəsində olması ilə əlaqədardır”, - deyə Aleksandr Klepikov bildirib.

Elm adamlarının əvvəllər Antarktidada ağcaqanadları müşahidə etmədiyini söyləyən Klepikov, bunu, onların qarşısında duran “qeyri-adi elmi-tətbiqi iş” adlandırıb. Milli Antarktika Proqramları İdarə Heyətinin təşəbbüsü ilə müvafiq tədqiqatlara start verilərək ağcaqanadlar üçün xüsusi tələlər hazırlanıb. Sözügedən tədqiqatların adadakı bütün stansiyalarda aparılacağı proqnozlaşdırılır.

Rusiyanın Bellinsqauzen stansiyasının ağcaqanadlardan zərər çəkdiyi bildirilir. Hazırda həmin stansiyada sanitariya tədbirləri görülür.

Antarktidada son zamanlara kimi adi ağcaqanadın (Culex pipiens) olmadığı yeganə qitə olub. Qeyd edək ki, qanadsız ağcaqanadlar (Chironomus plumos) Antarktida üçün endemik növ sayılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır