İspaniya sahillərində üzən otel
İspaniya sahillərində, Aralıq dənizində üzən otel – “Punta de Mar” gələcək turizmin bir nümunəsi sayılır.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Mano De Santo” arxitektura studiyasının layihəsi ilə hazırlanan 2 nəfərlik üzən otelin sahəsi 74 kvadratmetrdir. Sahəsi 40 kvadratmetr olan 1-ci yarusda otaq yerləşir. Digər 34 kvadratmetr zona isə relaksasiya üçün nəzərdə tutulub. Hər 2 yarus akustik sistemlərlə təchiz edilib.
Onun hazırlanmasında ətraf mühitə az ziyan vuran ekoloji materiallardan istifadə olunub.
Bundan başqa, otelin kiçikhəcmli olması onu çətinlik çəkmədən sudan quruya çıxarmağa imkan verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır