Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Hər bir delfinin öz adı var

Delfin yunan sözü olub “delfos” yəni, “qardaş” deməkdir. Dənizlərdə, okeanlarda, körfəzlərdə və çaylarda 70-dək delfin növünə  rast gəlmək olar. Delfin çox mehriban və gözəl heyvandır.

Delfin həmişə bir gözü ilə yaxınlıqda düşmənlərinin olub-olmamasını izləyir. Adətən saatda 5-12 kilometr sürətlə üzür. Delfinlərin elə növləri vardır ki, onların sürəti saatda 32 kilometrə çatır.

Delfinlər sürü şəklində yaşayır. Hamısı bir-birlərinə qohum olduğundan, bu heyvanlarda qarşılıqlı yardım xüsusiyyəti çox  inkişaf edib. O, zəif düşən delfini görən kimi yardıma gəlir. Hətta delfinin suda batan insanların köməyinə gəlməsi barəsində də bir çox əhvalatlar danışılır.

Delfinlərin adlarının olması, onların bir-birini adla çağırması sensasiyalı kəşf kimi qəbul olunub. Sən demə, delfin doğulan kimi ona ad qoyulur. Tədqiqatlar sübut edib ki, xüsusi bir adı bildirən fit səsinə eyni delfin cavab verir.

Delfin fizioloji cəhətdən insanlara çox bənzəyir. O da insan kimi ağ ciyərlər vasitəsilə nəfəs alır. İnsanlarda olduğu kimi onun da ürəyi dörd kameralıdır, beyinin çəkisi, demək olar, eynidir. İnsanlar kimi delfin də istiqanlı canlıdır, hətta bədən ölçüləri də uyğun gəlir. Delfinin uzunluğu 1,5-2 metrə çatır. Delfin özünü güzgüdə tanıya bilir.

Delfin yatarkən gözlərini dəqiqədə təxminən 2-3 dəfə qırpır. Yuxu zamanı delfinin beyninin ancaq bir yarımkürəsi yatır, ikinci yarımkürə isə işləyir. Bir müddətdən sonra yarımkürələr yerini dəyişir.

Delfin hava ilə nəfəs alır. Onun balıq kimi qəlsəmələri yoxdur.

Delfinlərin exolokasiya sistemi var. O, bundan əsasən qida axtarışında istifadə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır