• Bakı, 2020-10-01,
Seanews
Heyder Eliyev

Alimlər 100 milyon il okean dibində yatan mikrobları “oyadıblar”

Bir qrup yaponiyalı və amerikalı araşdırmaçı təxminən 100 milyon il Sakit okeanın dibində qalan mikrobları “oyatmağı” bacarıblar.

“Report” xəbər verir ki, bunu “Science Alert” yazıb.

Mikroorqanizmlər belə uzun müddət ərzində az sayda oksigen sayəsində sağ qala biliblər. Mikrobları qidalandırıcı mühitə yerləşdirdikdən sonra onlar cütləşməyə başlayıblar.

Məlumat görə, bu orqanizmlər Sakit okeanın cənubunda dəniz səviyyəsindən 5 700 m dərinlikdə tapılıb. Bunun üçün alimlər 100 metrlik buruq qazıblar. Araşdırmaçılar həmin dərinlikdə qədim orqanizmlərin qalıqlarına rast gələcəklərinə ümid edirdilər. Lakin araşdırma nəticəsində məlum olub ki, mikroorqanizmlərin 99,1%-i sağdır.

Tədqiqatçıların sözlərinə görə, bu kəşf mikroorqanizmlərin güclü dözümlülüyə malik olmasını göstərir: onlar bu qədər uzun müddət və ağır şəraitdə mövcudluqlarını saxlaya biliblərsə, o zaman onlar başqa planet və Günəş sisteminin digər cisimlərində şəraitə uyğunlaşa bilərlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır