"Yaşlı insanlar gölü” əsasən mavi, “Gənc oğlan və Qızlar gölü” yaşıl, “Əfsunlu və Sehirli göl” isə qırmızı rəngdə olur
İndoneziya dünyanın ən çox aktiv vulkanları olan ölkələrindən biridir. Bunlardan biri də zirvəsində üç gölü olan vulkanik Kelimuti dağıdır. İndoneziyanın Flores adasının mərkəzində yerləşən Kelimuti dağının hündürlüyü 1690 m-dir. Dağın ən böyük xüsusiyyətlərindən biri bir tərəfi şam ağacları ilə örtülmüş meşə, digər tərəfi isə yüksək dərəcədə qeyri-sabit qum və quru torpaq ilə əhatələnməsidir. Kelimuti dağı zirvəsində yerləşən, müxtəlif rənglər dəyişən üç krater gölü ilə məşhurdur.
Bu üç gölün qərbində yerləşən “Yaşlı insanlar gölü” əsasən mavi, “Gənc oğlan və Qızlar gölü” yaşıl, “Əfsunlu və Sehirli göl” isə qırmızı rəngdə olur.
Sonuncu iki gölü bir-birindən 35 m hündürlüyü olan krater divar ayrırır.
Göllər mövsümünə görə mavi, yaşıl, qırmızı, qara, qəhvəyi və ağ rənglərə bürünür. Hər biri fərqli istilikdə olan bu göllərin kimyəvi strukturları da fərqlidir. Kelimutu Milli Parkı rəsmilərinə və İndoneziya bələdçi kitablarına görə, göl rənglərində dəyişikliklər suda mövcud olan minerallar və yanardağdan çıxan qaz sayəsində baş verən kimyəvi reaksiyaların nəticəsidir. Bu izah geoloqlar tərəfindən yanlış qəbul edilir. Göllərin ən erkən yazılmış təsvirini, 1896-cı ildə Fransız təbiətşünas Le Rouks öz səyahət jurnalında izah edib. Le Rouksdan sonra Hollandiyalı geolog Kemmerling, 1920-ci ildə Flores adasına səyahət etdiyi zaman Kelimutu ətrafında daha geniş geoloji və topoqrafik bir araşdırma edib. O, “Gənc oğlan və Qızlar gölü” sahilində buxar və qazlar şəklində görünən vulkanik fəaliyyət olduğu haqqında qeyd aparıb.
Həmçinin qeyd edib ki, səfərindən 70 il əvvəl “Gənc oğlan və Qızlar gölü” ilə “Əfsunlu və Sehirli gölü” ayıran krater divar yüksək olub. Sonralar divar eroziyaya uğrayıb.
Vesleyan Universitetinin alimləri göllərin geokimyəvi tədqiqatlarını aparıb, aşkar ediblər ki, göllərin sularının müxtəlif rənglərdə olması kimyəvi cəhətdən fərqli strukturlarda olduqlarına görədir. Tədqiqat zamanı suyun nümunələri ilə yanaşı, temperatur və həll olunmuş oksigen miqdarı alınıb.
“Yaşlı insanlar gölü” 1970-ci illərdə indikindən daha aktiv olan bir asit-sulfat, vulkanik krater gölüdür. “Əfsunlu və Sehirli gölü” vulkanik aktivliyi orta dərəcədə olan asid-duz gölüdür. Onun rənglərindəki tez-tez dəyişikliklər suyun oksidləşmə vəziyyətindəki dəyişikliklərdən qaynaqlanır. “Gənc oğlan və Qızlar gölü” ekzotik kükürdlü birləşmələri olan və ehtimal ki, mis mineralları ilə zəngin olan sərin, asit-duzlu krater gölüdür. Bu göl , günlük təxminən 85 ton kükürd dioksidi olan ən büyük aktiv vulkanik göldür.
Sadə dillə desək, göllərin rəngindəki dəyişikliklər, qanın rənginin dərimizdən necə keçdiyi ilə eynidir. Oksigen çatışmazlığı olduğunda, su, biləyimizdəki damarlar kimi yaşıl görünür. Əksinə, göllər oksigenlə zəngin olduğunda, tünd qırmızı və ya qara görünürlər.