Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-01,
Seanews
Heyder Eliyev

“Mibau Stema” şirkəti özüboşaldan yük gəmiləri sifariş edib

Danimarkanın “Mibau Stema” şirkəti avtomatlaşdırılmış boşaltma mexanizmi ilə təchiz olunmuş iki yeni  yük gəmisi sifariş edib

“Seanews.az” xəbər verir ki, gəmilərin təhvili 2028-ci ilin sentyabr ayından etibarən planlaşdırılır.

Yeni seriyaya daxil ediləcək gəmilər əvvəlkilərlə müqayisədə daha müasir dizayn xüsusiyyətlərinə malik olacaq və həm müştəri tələblərinin artmasına, həm də ekoloji standartların dəyişməsinə uyğunlaşdırılacaq.

Gəmilər ikili yanacaqla işləyən mühərriklərlə təchiz olunacaq. Başlanğıc mərhələdə B100 bioyanacağı ilə fəaliyyət göstərə biləcək bu mühərriklər gələcəkdə metanol istifadəsinə də uyğunlaşdırılacaq.

Tikinti işləri Çindəki “CSSC Chengxi Shipbuilding” zavodunda aparılacaq. Layihə “Mibau Stema”-nın ortaq səhmdarlarından olan Hartmann ailəsi və Kanadanın “CSL” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır