• Bakı, 2020-08-09,
Seanews
Heyder Eliyev

Sualtı fotoqrafiya tarixi

Su altında foto ilk dəfə 1856-cı ildə çəkilib. Fotonun müəllifi Uilyam Tompson bu fotonu dirəyə quraşdırılmış kamera ilə çəkə bilib.

"Seanews.az" xəbər verir ki, fotoqraf dirəyi sahilə yaxın yerdə, dənizin çox da dərin olmayan hissəsində quraşdırıb. Çox aşağı keyfiyyəti olan fotoda yalnız dəniz yosunları əks olunub. 



43 il sonra, 1899-cu ildə Lui Butan ağır dalğıc kostyumunda dənizin 50 metr dərinliyinə enərək keyfiyyətli foto çəkməyə nail olub. 

Müvafiq texnikanın istifadəsi üçün ağır çəkisi olan xüsusi qutu 3 nəfərin köməyi ilə suya salınıb. Suyun altını işıqlandırmaq üçün Butan xüsusi işıqlandırma sistemi də yaradıb. Fotoçəkiliş prosesi 2 saat davam edib. Bu eksperimentdən sonra sualtı tədqiqatçının sağlamlığında ciddi problemlər yaranır və o, dərinlikdə fotoçəkilişlərə son qoyur. 



İlk rəngli sualtı foto 1926-cı ildə doktor Uilyam Lonqli və “National Geographic” jurnalının fotoqrafı Çarlz Martin tərəfindən Meksika körfəzində çəkilib. 

Çəkiliş üçün lazım olan kameralar su buraxmayan qoruyucu korpusun içində suya endirilib. Fotoqraf işıqlandırma effektini əldə etmək üçün maqnium tozundan istifadə edib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır