3500 pilləkənli quyu - FOTOLAR
Dünyanın ən qədim pilləkənli quyusu "Çand Baori" Hindistanda yerləşir. 33 metr dərinliyi olan bu quyu öz memarlıq üslubu ilə diqqət çəkir. 3500 pilləkən ideal simmetriya ilə tikilib.
"Seanews.az" xəbər verir ki, quyu Nikumba sülaləsindən olan Kral Çandın dövründə, 8-9-cu yüzillikdə inşa edilib və əsrlərlə sakinlərin su ehtiyacını ödəyib.
Quraqlığı ilə seçilən regionda belə bir quyunun sakinlər üçün misli-bərabəri yoxdur.
Bundan əlavə, ilin isti fəsillərində insanlar sərinləmək üçün pilləkənlərdə otururdular. Belə ki, quyunun aşağısında hava yuxarıdakına nisbətə həmişə 5-6 dərəcə aşağı olur.
Quyunun suyundan içmək və orada çimmək isə qəti qadağandır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır