• Bakı, 2020-07-02,
Seanews
Heyder Eliyev

Adları çəkiləndə kişi “həmkarları”nın da qorxduğu qadın dəniz quldurları

Dəniz qulduru deyəndə gözümüzün önündə yalnız kişilər canlanır. Zərif cinsin nümayəndələrinin dəniz quldurluğu ilə məşğul olduğu çoxlarının heç xəyalına da gəlmir. Amma adını tarixə dəniz qulduru kimi yazmış qadınlar da az olmayıb. Həm də onlar yaratdıqları qorxu və dəhşətə görə kişi “həmkarlar”ından heç də geri qalmayıblar. Onların bir neçəsini təqdim edirik.

Çinq Şi

Çinq Şinin adı gələndə hətta quldurların da dili söz tutmayıb. Dəniz quldurluğunu sevimli peşəsinə çevirən bu çinli qadın həyat yoldaşı ilə birlikdə 50 min nəfərdən ibarət dəniz imperatorluğu yaradıb. Cənubi Çin dənizində  hökmranlıq edəndə onların istifadəsində  yüzlərlə gəmi, minlərlə qayıq, ən müxtəlif silahlar olub.

 

Enn Bonni

Enn Bonni İrlandiyada varlı vəkilin qeyri-qanuni övladı kimi dünyaya göz açıb. Gənclik dövründə ABŞ-a köçüb. 1718-ci ildə dənizçi ilə ailə həyatı qurub. Dəniz səyahətləri zamanı dəfələrlə dəniz quldurlarının hücumlarının şahidi olan Enn Bonni sonralar həyat yoldaşından ayrılıb özü piratçılıqla məşğul olmağa başlayıb. 

   

 Meri  Red

Meri Red XVII əsrin sonlarında İngiltərədə doğulub. Uşaqlığı nənəsi və ögey qardaşının yanında səfillik içində keçib. 1710-cu ildə dəniz quldurları təmizlədiyi gəmini ələ keçirəndən sonra macəralı həyatına start verilib. “Kaliko Cek Rakham”ın gəmisində Enn Bonni ilə tanış olub. Gəmiyə ayaq basdığı gündən cəmi neçə ay keçəndən sonra artıq dəniz qulduru kimi şöhrət qazana bilib.

 QreysO'Melli

 1530-cu ildə İrlandiyada dənizçi ailəsində doğulan Qreys O'Melli sonralar məhz atasının qızların dənizçiliklə məşğul olmağına qoyduğu qadağaya etiraz olaraq saçlarını kəsib, kişi paltarı geyinərək dənizə çıxıb. O'Flahörti ilə evlənəndən sonra cütlük birlikdə İrlandiyanın qərb sahillərinə nəzarət edib. Həyat yoldaşını itirəndən sonra Qreys gəmiləri soymağa, xərac almağa başlayıb.

Reyçl Voll

Reyçl Voll gənc yaşında evdən qaçaraq Corc Voll adlı şəxslə evlənir. Lakin həyat yoldaşı ailəni saxlamaq üçün kifayət qədər pul qazana bilmədiyindən çıxış yolunu quldurluqda axtarırlar.

Reyçin dəniz quldurluğu 1781-ci ildən başlayır. Qayıqla, fırtına zamanı kömək gözləyən gəmilərə hücum edərək gəmidəkiləri öldürür, onların mallarını talan edirdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır