• Bakı, 2020-05-27,
Seanews
Heyder Eliyev

Mərmərə dənizi narıncı rəngə bürünüb

Mərmərə dənizinin bir hissəsi narıncı rəngə boyanıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, əsas dəyişiklik Türkiyənin Tekirdağ şəhərinin sahilində qeydə alınıb. Bu hal yerli sakinlər tərəfindən maraqla qarşılanıb.

Elm adamları isə qorxuya əsas olmadığını bildirərək, bu halın dənizdə planktonların çoxalması ilə izah ediblər:

“Buna təbii ekoloji hadisə deyə bilərik və müvəqqəti xarakter daşıyır. Təlaşa səbəb olacaq heç nə yoxdur”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır