Karantin rejimi ilə bağlı gəmilərin hərəkəti azaldığından İndoneziyada skat balığı peyda olub - VİDEO
Karantin rejimi ilə bağlı gəmilərin hərəkəti azaldığından İndoneziyanın Raja Ampat adalarında nəhəng skat balığı peyda olub.
"Seanew.az" xəbər verir ki, mayın 9-da adada gəzintiyə çıxmış bir qrup gənc həmin balığı çəkib.
Məlumata görə, bu balıqlar sözügedən ərazidə çox olur, lakin gəmilərin və gəzinti yaxtalarının sayı çox olduğu üçün nadir hallarda suda görünür. Sonuncu dəfə skat balığı bu ərazidə təqribən 1 il öncə görünüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır