Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Danimarka ilə Almaniyanı əlaqələndirəcək sualtı tunelin inşasına icazə verilib

Danimarka parlamenti, krallığı Almaniya ilə birləşdirəcək "Fehmarnbelt" sualtı tunelinin inşasına icazə verib.

Danimarka Nəqliyyat Nazirliyinin açıqlamasına əsasən, yeni tunelin inşası başa çatdıqdan sonra sürücülərin bir ölkədən digərinə keçməsi üçün on dəqiqə vaxt lazım olacaq.

Danimarka tərəfində tikinti işlərinin 1 yanvar 2021-ci ildə başlanacağı planlaşdırılır. Alman tərəfində isə inşa işlərinin 2022-ci ilin ortalarında başlayacağı gözlənilir. Tikinti çətinliklə üzləşməsə, “Feharnbelt” tuneli 2029-cu ilin ortalarında istismara verilməlidir.

Layihə Almaniyanın Fehmarn adasını Danimarkanın Lolland adası ilə Baltik dənizindəki 18 km-lik Fehmarn-Belt boğazından keçən bir körpü ilə birləşdirməlidir. Üç əsas aralığı olan körpü və tunelin ümumi uzunluğu təqribən 18 kilometrə çatacaqdır.

52,6 milyard Danimarka kronu (7 milyard avro) dəyərində olan layihəyə elektrikləşdirilmiş qoşa dəmir yolu və dörd zolaqlı avtomobil yolu da daxil olacaqdır. Bu öz növbəsində qatarların və avtomobillərin bir ölkədən digərinə müvafiq olaraq yeddi və on dəqiqə ərzində keçməsinə imkan verəcəkdir. Mövcud bərə vasitəsi ilə bu yolun qət edilməsi təxminən bir saat vaxt aparır.

Qeyd edək ki, tunelin inşası COVID-19 pandemiyası səbəbindən altı ay təxirə salınıb.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır