Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Koronavirusdan xəbərsiz 25 günlük səyahət - FOTOLAR

25 gün okeanda səyahətdə olan ingilis cütlük koronavirusun yayıldığını sahilə addım atan zaman öyrənib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin Mançester şəhərində yaşayan Yelena Manighetti və Ryan Osborne koronavirus dünyada yayılmazdan öncə, fevral ayında gəmi ilə Qran-Kanariya adalarından Karib adalarına səyahətə çıxıb. Okeanda keçən 25 gün müddətində dünyayla heç bir əlaqəsi olmayan cütlük mart ayının ortasında adaya ayaq basan zaman virusdan xəbərdar olub.

Səyahətçilər Karib adasına yaxınlaşmaq istəsələr də, virus səbəbindən adanın sərhədlərinin bağlandığını öyrənən zaman təəccübləniblər.

Yelena İtaliya vətəndaşı olduğu üçün ona adaya girişə icazə verilmədiyini söyləyib:

“Aylardır İtaliyaya getməsəm də, girişimizə icazə verilmədi. Ailəmlə danışana kimi virusun dünyaya necə təsir etdiyini təsəvvür edə bilmirdik. Atam yaxşı olduqlarını dedi, 6 həftədir evdədirlər. Ancaq illərdir tanıdığım insanlar ölüb”.

Daha sonra cütlük GPS vasitəsilə 25 gündür okeanda olduğunu təsdiq edə bilib.

 


 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır