"Səbail"in futbolçusunun qolu Çempionlar Liqasında ən yaxşılar sırasında yer alıb
UEFA Çempionlar Liqasında XXI əsrin ən yaxşı qolları açıqlanıb.
“Report” “Thescore” nəşrinə istinadən xəbər verir ki, “20-lik”də “Səbail”də çıxış edən Maykl Essyenin də dəqiq zərbəsi yer alıb.
38 yaşlı təcrübəli yarımmüdafiəçinin 2009-cu ildə İngiltərənin “Çelsi” komandasının heyətində İspaniyanın “Barselona” komandasına vurduğu qol 14-cü yeri tutub. Nəşr hələlik ilk "10-luğ"u açıqlamayıb.
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır